Doydum Catering haqqında qısa məlumat

Doydum Catering” şirkəti 1994-cü ildə təsis edilmişdir,

Doydum Catering” olaraq təşkilatlara, vətəndaşlara və ölkənin qonaqlarına aşağıdakı istiqamətlər üzrə yüksək keyfiyyətli xidmətlər göstəririk:

  • Korporativ qidalanma (keyterinq).
  • İşgüzar və əyləncəli tədbirlərə xidmətin göstərilməsi. (İsveç masası, banket, furşet, kofe-breyk və s.)
  • Təzə hazırlanmış yeməyin satışı: eyni adlı mağaza vasitəsilə piroq və delikateslərin pərakəndə satışı. “Doydum Catering” Sizi geniş yemək seçimi və müxtəlifliyi ilə həmişə təəccübləndirəcək. Mağazanın kuryerləri isti yeməyi ünvanınıza çatdıracaqlar.
  • Səyyar mətbəx – Sizin ərazinizdə mobil qidalanma – sürətli populyarlıq qazanan istiqamət.

Şirkətimizin missiyası: insanları keyfiyyətli, dadlı və sərfəli qiymətə qidalandırmaq arzusu. Biz yalnız təzə ərzaqlardan yeməklər hazırlayırıq, sağlam qidalanma və şüurlu istehlak fəlsəfəsinə riayət edirik, səyyar xidmətlə bağlı hər sifarişə həssaslıqla yanaşırıq və yüksək peşəkar mütəxəssis-dietoloqların köməyi ilə hər bir müştəri üçün fərdi menyu yaradırıq. Bizim yeməklərimiz həmişə müxtəlifdir, balanslaşdırılmış şəkildə kalorilidir və unuda bilməyəcəyiniz qədər dadlıdır.

Doydum Catering” istənilən mürəkkəblikdə sifarişin həyata keçirilməsi üçün bütün lazımi avadanlıq və fərdi inventara malikdir.

Bizim fəlsəfə:

  • Yalnız təzə və keyfiyyətli ərzaqlardan istifadə olunması.
  • İstehsal sexlərində sanitariya və gigiyena normalarına hökmən əməl olunması.
  • Yüksək ustalığa malik peşəkar mütəxəssislərin seçilməsi.
  • Yeməyin hazırlanmasının texnoloji proseslərinə dəqiq riayət olunması.
  • Sifarişlərin “dəqiq vaxtında” prinsipi əsasında çatdırılması.